Əli Əsədovla Nikol Paşinyan Gürcüstanda görüşüblər - (Video) - Yenilənib
Tarix: 27-10-2023 11:48 | Bölmə: Gündəm
Əli Əsədovla Nikol Paşinyan Gürcüstanda görüşüblər - (Video)

Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüş keçiriblər.

Reyting.az
xəbər verir ki, Əli Əsədov və Nikol Paşinyan Gürcüstan baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər.

Gürcüstanın "İmedi" telekanalının məlumatına görə, Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat davam edib.

Danışıqların təfərrüatları açıqlanmayıb.(APA)

***

İrakli Qaribaşvili ötən gün Tbilisidə Nikol Paşinyan və Əli Əsədovla üçtərəfli görüş keçirdiyini təsdiqləyib.


Hökumət başçısı bu barədə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binasının təməlqoyma mərasimində bildirib.

"Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır",- Qaribaşvili deyib.

Bununla belə, hökumət başçısı görüş zamanı müzakirə edilən məsələləri açıqlamayıb.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}