Prezident yeni səfir təyinatları imzalayıb
Tarix: 27-10-2023 18:12 | Bölmə: Gündəm
Prezident yeni səfir təyinatları imzalayıb

Azərbaycanın Slovakiyadakı səfiri dəyişib.

Reyting.az
xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər Sərəncamla Vüsal Hacımahmud oğlu Abdullayev Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezidentin digər Sərəncamı ilə Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}