Prezident İlham Əliyev Tokayevə başsağlığı məktubu göndərib
Tarix: 28-10-2023 13:41 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Tokayevə başsağlığı məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

Reyting.az
xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç.

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}