23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir - Fotolar
Tarix: 08-11-2023 10:06 | Bölmə: Gündəm
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir

8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.

Reyting.az
xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.

Daha sonra hərbçilərin yürüşü başlayıb.

Belə ki, hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi istiqamətində hərəkət edir.

Yürüşün digər marşrutu Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəlidir.

Başqa bir qrup hərbçi isə Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı marşrutu ilə yürüş edir.

Yürüşün daha bir marşrutu isə "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti istiqamətidir.

Yürüşdə “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır!” və başqa şüarlar səsləndirilir(Report).













Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}