20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə əlavə səlahiyyət verilib - Fərman
Tarix: 13-11-2023 14:12 | Bölmə: Gündəm
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə əlavə səlahiyyət verilib - Fərman

Prezident İlham Əliyev “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə qanunu təsdiq edib.

Reyting.az
xəbər verir ki, bununla da Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na öz bəyanatı ilə qoşulub.

Bu Qanun qüvvəyə mindiyi gündən “Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə” 3 dekabr 2019-cu il tarixli qanunun 1-ci maddəsi ləğv edilir.

Prezident bununla yanaşı,  “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman imzalayıb.

Fərmana əsasən, universal poçt tariflərinin tənzimlənməsi funksiyası Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

Fərmanda göstərilir ki, RİNN tarifləri müəyyən edərkən İqtisadiyyat və Maliyyə nazirliklərinin rəylərini nəzərə almalıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər