20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Milli Məclis ABŞ Senatının erməniləri müdafiə aktı ilə bağlı bəyanat qəbul edib - Yenilənib
Tarix: 21-11-2023 12:19 | Bölmə: Gündəm
Milli Məclis ABŞ Senatının erməniləri müdafiə aktı ilə bağlı bəyanat qəbul edib

Azərbaycan parlamenti noyabrın 21-də ABŞ Senatının erməniləri müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.

Reyting.az
xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı, sənədin hazırlanması üzrə komissiyanın üzvü Kamilə Əliyeva oxuyub.

Bəyanatda deyilir:

“Milli Məclis ABŞ Senatında Azərbaycana qarşı qəbul edilmiş aktı qətiyyətlə rədd edir, bunu iki ölkə arasında münasibətlərə ciddi zərbə kimi qəbul edir. Bu, regionda sülh yaradılması səylərinə ciddi maneçilik törədir. ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın bariz nümunəsidir. Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi, Xocalı soyqırımının törədildiyi, azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törədilərkən ABŞ BMT-nin TŞ-nin daimi üzvü kimi Azərbaycana qarşı bu hərəkətlərin qarşısının almasına cəhd etməyib, əksinə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Nəticədə ABŞ-ın Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana kömək edib.

ABŞ Azərbaycan ərazisində yaradılmış seperatçı rejimi dəstəkləyib. ABŞ-ın vasitəçi kimi bugünkü addımları Azərbaycan əmiyyətində nüfuzunu itirməsi ilə nəticələnib. Amerikanın son illərdə həyata keçirdiyi xarici siyasət tamamilə iflasa uğrayıb. Xüsusilə Yaxın Şərq və Əfqanıstan siyasətini qeyd etmək lazımdır. Azərbaycanın Milli Məclisi bird daha bəyan edir ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prpinsipi əsasında bütün mənfi addımları qətiyyətlə cavablandıracaq".

Müzakirələrdən sonra Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər