12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Hərbi xidmətə çağırış başlayır
Tarix: 21-11-2023 13:29 | Bölmə: Gündəm
Hərbi xidmətə çağırış başlayır

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayır. Prezident İlham Əlliyev bu gün bununla bağlı sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989–2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Bununla belə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}