20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prezident “Yol hərəkəti haqqında” fərman imzalayıb
Tarix: 22-11-2023 17:13 | Bölmə: Gündəm
Prezident “Yol hərəkəti haqqında” fərman imzalayıb

Azərbaycanda fiziki və hüquqi şəxslər tərəfindən yol hərəkəti təşkilinin həyata keçirilməsi ilə bağlı tələblərin məqsədəmüvafiqliyi araşdırılacaq.

Reyting.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Fərmanla Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər tərəfindən yol hərəkəti təşkilinin perspektiv proqramlarının, kompleks sxemlərinin və layihələrinin hazırlanması, habelə həyata keçirilməsi ilə bağlı tələblərin məqsədəmüvafiqliyini üç ay müddətində araşdırsın və bu barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər