19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
16:42 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - Fotolar
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
Azərbaycan və Qazaxıstan prezidentləri görüşüb - (Yenilənib) - Fotolar (Yenilənib)
Tarix: 24-11-2023 14:38 | Bölmə: Gündəm

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Reyting.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda Kasım-Jomart Tokayevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
Reyting.az xəbər verir ki, əvvəlcə dövlət başçıları arasında qısa dialoq olub.
Prezident Kasım-Jomart Tokayev: Mənimlə böyük nümayəndə heyəti gəlib.
Prezident İlham Əliyev: Bəli, doğrudur.
Prezident Kasım-Jomart Tokayev: Hökumət üzvləridir.
Prezident İlham Əliyev: Bütün qonaqların gəlişinə şadam. Bu, onu göstərir ki, gündəlik kifayət qədər genişdir.
Prezident Kasım-Jomart Tokayev: Azərbaycanla qarşılıqlı münasibətlər, əməkdaşlıq bizim üçün prioritetdir.
Prezident İlham Əliyev: Bizim üçün də belədir.
Qazaxıstan Prezidentinə Bakıya səfərinə görə təşəkkür edən Prezident İlham Əliyev deyib:
- Kasım-Jomart Kemeleviç, bu tədbirdə iştirakınıza görə sağ olun. Hesab edirik ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətimizin gələcəyi ilə bağlı məsələləri birlikdə müzakirə etmək üçün yaxşı fürsətdir.
İkitərəfli gündəliyə gəldikdə, Sizin də qeyd etdiyiniz kimi, nümayəndə heyətinin tərkibi özlüyündə bunun göstəricisidir. Mövzular çoxdur. Əməkdaşlığın bütün istiqamətləri üzrə maksimum səmərəli fəaliyyət mövcuddur. Biz, yaxşı dostlar, qardaşlar, tərəfdaşlarıq. Ona görə də son illər ölkələrimizin hökumət üzvləri arasında, şirkətlər arasında rəsmi səfərlər çərçivəsində bizim aramızdakı təmasların dinamikası əyani şəkildə görünür. Həqiqətən də biz, zənnimcə, ölkələrimizin müstəqil inkişafının bütün tarixində qarşılıqlı fəaliyyətimizin ən yüksək səviyyəsinə çatırıq. Bu, çox xoşdur. Birincisi, bu, məntiqi olaraq xalqlarımız arasında münasibətlərin ruhunu və xarakterini əks etdirir və zamanın hökmüdür. Biz bu gün Xəzər regionunda və daha geniş regionda bir çox sahələr üzrə səyləri birləşdirərək çox mühüm energetika və nəqliyyat layihələri həyata keçiririk. Əlbəttə, bunun əsası ondan ibarətdir ki, ölkələrimizin iqtisadi inkişafı çərçivəsində yaxşı təməl qoyulub.
Bu gün SPECA Proqramının 25 illiyinə yekun vurarkən, yəqin ki, hər bir ölkə bizim necə irəlilədiyimizi görə bilər. Sevindirici haldır ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə bu gün yeni məzmun əlavə edilir. Bu tədbirdə iştirak etmək üçün vaxt tapdığınıza görə Sizə çox minnətdaram. Son vaxtlar bizim təmaslarımız müntəzəm xarakter daşıyır. Biz artıq bu ay Qazaxıstanda görüşmüşük. Beləliklə, düşünürəm ki, növbəti ildə də təmasların dinamikası planlaşdırılacaq.
Növbəti ildə biz Sizi dövlət səfəri ilə gözləyirik. Düşünürəm ki, biz bu səfərə də yeni ideyalar və yeni nəticələrlə yaxşı hazırlaşacağıq. Bir daha xoş gəlmisiniz.
Sonra prezident Kasım-Jomart Tokayev çıxış edərək deyib:
- Təşəkkür edirəm. Möhtəşəm Bakı şəhərində olmaq mənim üçün çox xoşdur. Mən çıxışımda Bakını Xəzər regionunun incisi adlandırmaq istəyirəm. Burada heç bir mübaliğə yoxdur, çünki mən bir çox şəhərlərdə olmuşam. Prinsipial olaraq hesab edirəm ki, Bakı geniş beynəlxalq miqyasda ən gözəl şəhərlərdən biridir. Fürsətdən istifadə edərək, indi Azərbaycan ərazisində Sizi və bütün qardaş Azərbaycan xalqını əsrin tarixi hadisəsi – beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq ölkənin ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etmək istərdim. Bu, Sizin güclü və nüfuzlu rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən müdrik siyasətiniz, xalqın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkənizin nüfuzunun artırılması sayəsində mümkün olub. Zənnimcə, bu, həqiqətən tarixi hadisədir və özünü Azərbaycana münasibətdə qardaş, dost hesab edən ölkələrin hamısı buna sevinib.
Sizinlə razıyam ki, ölkələrimiz arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir, yeni layihələr ortaya çıxır. Bizim bir-birimizə heç bir sualımız yoxdur. Biz həqiqi strateji tərəfdaşlar, Xəzər dənizi ilə faktiki qonşularıq. Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə dair birgə Bəyannamənin qəbul edilməsi, həmçinin Ali Dövlətlərarası Şuranın təsis olunması da tarixi hadisədir. Qeyd etdiyim kimi, bu fürsətdən istifadə edərək mən Bakıya faktiki olaraq tam formatda nümayəndə heyəti ilə gəlməyi qərara aldım. Çünki hesab edirəm ki, Azərbaycanda bugünkü görüşlərdə danışıqlar mahiyyətcə çox zəngin olacaq.
x x x
Qazaxıstan prezidenti Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib, bu uğurlara dövlətimizin başçısının müdrik siyasəti nəticəsində nail olunduğunu vurğulayıb.
Prezident Kasım-Jomart Tokayev hazırda Füzuli şəhərində Kurmanqazı adına yaradıcılıq mərkəzinin inşasının Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə bir töhfə olduğunu qeyd edib.
Prezident İlham Əliyev təbrikə və Kurmanqazı adına yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirib.
Prezident Kasım-Jomart Tokayev atası, görkəmli qazax yazıçısı Kemel Tokayevin 100 illik yubileyinin keçirilməsinə və “Gecə açılan atəş” əsərinin çapdan çıxmasına (!) görə minnətdarlığını ifadə edib.
Görüşdə Azərbaycanın və Qazaxıstanın beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləməsi, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məmnuniyyətlə qeyd olunub. Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınması və ölkəmizin nəqliyyat imkanlarından istifadə edilməsi, bütövlükdə nəqliyyat-logistika imkanlarının və Transxəzər nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin “Rəqəmsal İpək Yolu” layihəsinin və Xəzər dənizinin dibi ilə xəttin çəkilməsi məsələsinin əhəmiyyəti və burada ölkələrimizin işbirliyi məmnuniyyətlə qeyd olunub. Eləcə də Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında orta dəhliz üzrə multimodal əməkdaşlığın qurulması və bu xüsusda ayrıca şirkətin yaradılması həmin istiqamətdə nəqliyyat-logistika imkanlarının inkişaf etdirilməsi baxımından müsbət irəliləyiş kimi vurğulanıb. Energetika sahəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli əməkdaşlığı, Xəzərin dibi ilə elektrik xəttinin çəkilməsi və bunun gələcəkdə Avropa istiqamətində ixracı qeyd olunub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, Azərbaycanın cənub regionları istiqamətində İran ərazisindən keçməklə Naxçıvana və Türkiyə tərəfindən Qars-İğdır dəmir yolu xəttinin qurulması ilə yeni bir alternativ nəqliyyat dəhlizinin formalaşmasının ötürücülük qabiliyyətinin və nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini diqqətə çatdırıb.
Söhbət zamanı SPECA-nın əhəmiyyəti xüsusi vurğulanıb, bu Zirvə görüşünün Proqramın 25-ci ildönümünə həsr olunduğu qeyd edilib.
Dövlətimizin başçısı bu Zirvə görüşündə SPECA-ya üzv ölkələrlə yanaşı, region dövlətləri ilə dost və tərəfdaş olan Macarıstanın və Gürcüstanın iştirakını da məmnuniyyətlə qeyd edib. Macarıstanın və Gürcüstanın nəqliyyat-logistika imkanları baxımından da tərəfdaş ölkələr olduqları bildirilib.
Görüşdə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Bölməyə aid digər xəbərlər

Bu gün, 11:04
Milli Məclisin iclası başlayıb
Bu gün, 10:16
Əli Əsədov qərar imzalayıb
Bu gün, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
Bu gün, 09:14
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
Bu gün, 00:22
Bu gün Azərbaycanda Gənclər Günüdür
31-01-2026, 21:10
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
31-01-2026, 09:42
WUF13-lə bağlı dünya parlamentlərinə çağırış olunub
30-01-2026, 20:01
Prezident icra başçısını vəzifədən azad edib - Foto
30-01-2026, 12:29
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
30-01-2026, 09:46
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
29-01-2026, 19:13
WUF13: tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
29-01-2026, 15:40
Əli Əsədov daha bir qərar imzalayıb
29-01-2026, 13:48
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
29-01-2026, 10:03
Məhkəmə qərarı olmadan axtarış aparılma halları genişlənir
28-01-2026, 19:08
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq sazişi təsdiqlənib
28-01-2026, 16:13
Sahibə Qafarova Omana səfər edib
28-01-2026, 13:38
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
28-01-2026, 00:36
Ərdoğanla Tramp Sülh Şurasını müzakirə ediblər
27-01-2026, 18:09
Xəzərin və Bakı buxtasının ekoloji vəziyyəti ilə bağlı iclas keçirilib
27-01-2026, 16:54
Prezident iki nazir müavini təyin edib - Fotolar
27-01-2026, 14:44
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
27-01-2026, 13:20
Zəngilana köç karvanı gedib - (Yenilənib)
27-01-2026, 12:16
İlham Əliyev yeni müəssisənin təməlini qoyub - Fotolar
27-01-2026, 12:08
Sumqayıtda daha bir müəssisənin açılışı olub
27-01-2026, 11:56
Bakı və Abşeronun su təchizatı ilə bağlı sərəncam imzalanıb
27-01-2026, 11:35
Prezident Sumqayıtda zavodun açılışında iştirak edib - Fotolar
26-01-2026, 17:30
Sosial şəbəkələrdə qanunu pozan paylaşım edənlər cəzalandırılacaq
26-01-2026, 17:21
Nazir müavinlərinin sayı artırılıb
26-01-2026, 17:20
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
26-01-2026, 16:28
Prezident daha bir dəyişikliyi təsdiqləyib - Cərimələr artıb
26-01-2026, 16:20
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
26-01-2026, 14:42
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
26-01-2026, 13:48
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - (Yenilənib)
26-01-2026, 11:42
İlham Əliyev general-qubernatoru təbrik edib
26-01-2026, 10:40
İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib - Fotolar
26-01-2026, 10:32
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
24-01-2026, 09:50
ABŞ-nın vitse-prezidenti Azərbaycana səfərə hazırlaşır
24-01-2026, 09:20
Donald Tramp İlham Əliyevə təşəkkür edib
23-01-2026, 16:55
Dini konfessiya rəhbərləri İlham ƏIiyevi təbrik ediblər
23-01-2026, 10:01
Milli Məclisdə Şəhərsalma və Memarlıq İli ilə bağlı konfrans keçiriləcək
22-01-2026, 22:04
Prezident Davosda kimlərlə görüşüb? - Siyahı
22-01-2026, 16:40
İlham Əliyevlə Donald Tramp Davosda görüşüblər - (Yenilənib)
22-01-2026, 14:06
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər