Baş nazir və prezidentlərin Azərbaycana səfəri başa çatıb
Tarix: 24-11-2023 18:57 | Bölmə: Gündəm
Baş nazir və prezidentlərin Azərbaycana səfəri başa çatıb

Macarıstanın baş naziri Viktor Orbanın, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına işgüzar səfərləri noyabrın 24-də başa çatıb.

Reyting.az
xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonaqları ayrı-ayrı vaxtlarda Azərbaycan baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}