19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Azərbaycan GUAM-a sədrlik edəcək
Tarix: 03-12-2023 11:26 | Bölmə: Gündəm
Azərbaycan GUAM-a sədrlik edəcək
2024-cü ildə GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın birliyidir) sədrlik Ukraynadan Azərbaycana keçəcək.

Reyting.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasından bildiriblər.

Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub.

2020-ci ildə Azərbaycanın sədrliyi dövründə prioritet istiqamət enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi olub.

Azərbaycan yanvarın 1-dən GUAM-a sədrlik edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}