16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
Prezident seçkilərində “autsayder” qalib gəlib
Tarix: 20-10-2025 08:11 | Bölmə: Xəbərlər
Prezident seçkilərində “autsayder” qalib gəlib

Boliviyada keçirilən prezident seçkiləri səslərin 97 faizinin hesablanması ilə autsayder namizəd hesab edilən mərkəzçi Rodriqo Pazın qalib gəlməsi ilə yekunlaşıb.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Paz gözləntiləri aşaraq və rəqibi, keçmiş prezident Xorxe Kiroqunu məğlub edib və seçkinin ikinci turuna yüksəlib.

Rodriqo Paz keçmiş prezident Xayme Paz Zamoranın oğludur. Seçki kampaniyasında o, korrupsiya ilə mübarizə üçün polisin strukturunu yenidən quracağı vədini verib.

ELÇİN





Bölməyə aid digər xəbərlər