10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
Zaxarova: Putinlə Trampın danışığından sonra diplomatlar çox çalışırlar
Tarix: 20-10-2025 08:59 | Bölmə: Dünya
Zaxarova: Putinlə Trampın danışığından sonra diplomatlar çox çalışırlar

Rusiya və ABŞ liderləri arasında baş tutan təmasdan sonra müxtəlif diplomatik səviyyələrdə iş davam etdirilib.

Reyting.az
xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, təmas baş tutub və prezident administrasiyası tərəfindən şərh edilib.

“Cənab Uşakov ətraflı məlumat verdi. Bu təmaslardan sonra Rusiya və Macarıstan xarici işlər nazirliklərinin rəhbərləri müvafiq tədbirə hazırlıq məqsədilə görüş keçiriblər”,- deyə Zaxarova əlavə edib.

Qeyd edək ki, Vladimir Putinlə Donald Tramp arasında 2,5 saat telefon danışığı olub və onların Budapeştdə görüşü gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər