12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Baş nazir Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentini təsdiqləyib
Tarix: 14-12-2023 14:09 | Bölmə: Gündəm
Baş nazir Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentini təsdiqləyib

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiqlənib.

Reyting.az
xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iclasların və birgə işçi görüşlərin keçirilməsi tarixi, vaxtı və yeri Komissiyaların Sədrləri arasında razılaşma ilə müəyyən olunacaq. İclasların və birgə işçi görüşlərin işçi dilləri rus və ya ingilis dilləridir.

Bundan əlavə, iclasların və birgə işçi görüşlərin yekunları üzrə yazılı formada iki əsl nüsxədə rus və ya razılaşma ilə ingilis dillərində protokol tərtib olunacaq.

Protokol Komissiyaların Sədrlərinin hər ikisi tərəfindən imzalanır. Protokolda “Konfidensial” qrifi qoyulduğu halda Komissiyalar tərəfindən təmsil olunan dövlətlərin vəzifəli şəxsləri Sədrlər tərəfindən imzalanmış protokollara hər hansı ictimai, rəsmi istinadlardan çəkinirlər.

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}