NATO Azərbaycan HHQ-nin fəaliyyətini yüksək qiymətləndirib - Video
Tarix: 16-12-2023 10:27 | Bölmə: Gündəm
NATO Azərbaycan HHQ-nin fəaliyyətini yüksək qiymətləndirib

2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün "2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi" keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub.

Təlimdə Mi-17-1V helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}