12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Zakir Həsənov Yaşar Gülerə başsağlığı ünvanlayıb
Tarix: 23-12-2023 11:01 | Bölmə: Gündəm
Zakir Həsənov Yaşar Gülerə başsağlığı ünvanlayıb

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Şəhid olan Ramazan Günay, Mehmet Serinkan, İsmail Yazıcı zabit, Yasin Karaca, Şağatay Erenoğlu və Emre Taşkın isə sıravi hərbi qulluqçulardır.

Məlumata görə, terrorçular Türkiyə ordusunun hərbçilərinə hücum edib. Atışma nəticəsində 3 hərbçi hadisə yerində şəhid olub. Yaralı halda xəstəxanaya çatdırılan 3 hərbçinin də həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə ordusunun cavab atəşi nəticəsində 7 terrorçu məhv edilib.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir:

"Cari ilin 22 dekabr tarixində, İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik.

Bu hadisə zamanı şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}