23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
“Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı bir milyon manat ayrılıb - Sərəncam
Tarix: 25-12-2023 11:43 | Bölmə: Gündəm
“Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı bir milyon manat ayrılıb

Prezident İlham Əliyev 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin edəcək.

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}