23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Əliyev ilə Paşinyanın birgə bəyannaməsi NATO-da nikbinlik yaradıb
Tarix: 25-12-2023 17:07 | Bölmə: Gündəm
Əliyev ilə Paşinyanın birgə bəyannaməsi NATO-da nikbinlik yaradıb

NATO Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı birgə bəyannamə ilə bağlı çox nikbindir.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanın Birinci Kanalına müsahibəsində deyib.

“Biz bunun çox yaxşı xəbər olduğunu düşünürük. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Biz bu prosesdə Avropa İttifaqı və ABŞ-ın, eləcə də Ermənistan və Azərbaycanın ikitərəfli əsasda həyata keçirdiyi səyləri dəstəkləyirik. Bizim üçün vacibdir ki, Qafqaz regionunda sabitlik təkcə Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanda bərqərar ola biləcək sabitlik vasitəsilə qorunsun”, - deyə NATO nümayəndəsi əlavə edib.


Xavyer Kolomina

Kolomina bildirib ki, Ermənistan çox açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan uzaqlaşmaq qərarına gəlib.

“Biz həvəsləndirdiyimiz budur. Ermənilər öz qərarlarını verməkdə sərbəstdirlər, lakin onlar bunu seçiblər və məncə, onlar artıq bizə yaxınlaşmağa başlayıblar - daha çox əməkdaşlıq, daha çox siyasi dialoq tələb edir, NATO-nun daha çox iştirakını arzulayırlar. Biz regionun sabitliyi üçün faydalı olan istənilən qərarını dəstəkləyirik. Bu, bizim üçün çox vacibdir”, - deyə Kolomina bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}