20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prezident ehtiyac meyarının həddi və yaşayış minimumunu təsdiqləyib
Tarix: 26-12-2023 12:11 | Bölmə: Gündəm
Prezident  ehtiyac meyarının həddi və yaşayış minimumunu təsdiqləyib

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Reyting.az
-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

***

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Reyting.az
-ın xəbərinə görə, prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunu imzalayıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər