12:57 / 13-05-2024
Sabah yağış yağacaq
Azərbaycan və Belarus prezidentləri Sankt-Peterburqda görüşüb
Tarix: 26-12-2023 15:28 | Bölmə: Gündəm
Azərbaycan və Belarus prezidentləri Sankt-Peterburqda görüşüb

Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko görüşüb.

Reyting.az
xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.

Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək gələcək təmaslar və əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}