Xankəndi və Xocalıda xeyli sayda silah-sursat aşkarlanıb
Tarix: 09-01-2024 10:11 | Bölmə: Gündəm
Xankəndi və Xocalıda xeyli sayda silah-sursat aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 8-də Xankəndi və Xocalıda onlarla silah, sursat tapılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, keçirilən əməliyyat zamanı 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7277 ədəd müxtəlif çaplı patron, 131 ədəd patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları aşkar edilib.

Həmçinin, Xocalı şəhəri ərazisində isə 30 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd qumbaraatan, 2 ədəd snayper, 10 ədəd qumbara, 1 ədəd tüfəng, 23300 ədəd patron, 23 ədəd patron darağı və 2 ədəd patron qatarı aşkar olunaraq götürülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}