Daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb - Siyahı
Tarix: 09-01-2024 16:41 | Bölmə: Gündəm
Daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb - Siyahı

Mərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Reyting.az-
ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb.

Qeyd edək ki, bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

MSK tərəfindən indiyədək İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}