Azərbaycandakı seçki məntəqələrinin sayı açıqlanıb
Tarix: 12-01-2024 10:41 | Bölmə: Gündəm
Azərbaycandakı seçki məntəqələrinin sayı açıqlanıb

Seçki dairələrinin yenidən təşkili və azad edilmiş ərazilərdə yeni seçki məntəqələrinin təşkilindən sonra ölkə üzrə seçki məntəqələrinin sayı açıqlanıb.

Reyting.az
-ın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının təşkilatçılığı ilə keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada MSK katibi Mikayıl Rəhimli bildirib.

O nəzərə çatdırıb ki, 125 seçki dairəsi üzrə 6319 seçki məntəqəsi var. Bu seçki məntəqələrinin 26-ı işğaldan azad olunmuş ərazilərdə yerləşir.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}