Əli Əsədov sərnişindaşıma ilə bağlı yeni qərar imzalayıb
Tarix: 18-03-2024 09:52 | Bölmə: Gündəm
Əli Əsədov sərnişindaşıma ilə bağlı yeni qərar imzalayıb

Nazirlər Kabineti “Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Reyting.az
xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qeyri-müntəzəm sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulduqdan sonra daşıyıcının və yaxud sifarişçinin (təşkilatçının) gücləndirilmiş elektron imzası ilə imzalanır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}