DİM: "Buraxılış imtahanının nəticələri 4 həftə ərzində elan olunacaq"
Tarix: 18-03-2024 10:26 | Bölmə: Gündəm
DİM: "Buraxılış imtahanının nəticələri 4 həftə ərzində elan olunacaq"

Martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Reyting.az
Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, hazırda imtahan materiallarının emalı aparılır: "Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur".

Xatırladaq ki, ötən gün imtahanda 46 741 şagirdin iştirakı gözlənilirdi. 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}