Azərbaycan Moskvadakı dəhşətli hücumu pisləyir
Tarix: 22-03-2024 23:45 | Bölmə: Gündəm
Azərbaycan Moskvadakı dəhşətli hücumu pisləyir

“Krokus Siti”yə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edib:

"Biz Moskvada “Krokus Siti” konsert kompleksinə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir".

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}