İlham Əliyev: “Rusiyadakı terror aktını şiddətlə qınayırıq”
Tarix: 23-03-2024 00:28 | Bölmə: Gündəm
İlham Əliyev: “Rusiyadakı terror aktını şiddətlə qınayırıq”

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Reyting.az
xəbər verir ki, məktubda deyilir:

“Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm”.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus Siti Holl”da terror aktı olub. Hadisə zamanı 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}