Əli Əsədov Mixail Mişustinə başsağlığı verib
Tarix: 23-03-2024 10:51 | Bölmə: Gündəm
Əli Əsədov Mixail Mişustinə başsağlığı verib

Baş nazir Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Krokus siti holl”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Nazirlər Kabinetindən Reyting.az-a verilən məlumata görə, Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olması xəbərindən kədərləndiyini bildirib.

Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}