Dini ekstremizmə qarşı xüsusi əməliyyatlarla bağlı yeni qaydalar qəbul edilib
Tarix: 29-03-2024 12:00 | Bölmə: Gündəm
Dini ekstremizmə qarşı xüsusi əməliyyatlarla bağlı yeni qaydalar qəbul edilib

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejimin tələblərinin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır.

Reyting.az
xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək miqdarda (hazırda əlli manatdan səksən manatadək) cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə (hazırda 15 gün) inzibati həbs tətbiq olunur.

Vəzifəli şəxslər dörd yüz əlli manatdan yeddi yüz manatadək (hazırda 450 manatdan 650 manatadək) miqdarda, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək (hazırda 2 min manatdan 3 min manatadək) miqdarda cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər