İlham Əliyev "Sağlam məhəllə” layihəsinə vəsait ayırıb - Sərəncam
Tarix: 15-07-2024 13:23 | Bölmə: Gündəm
İlham Əliyev "Sağlam məhəllə” layihəsinə vəsait ayırıb - Sərəncam

Bu gün Prezident İlham Əliyev “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında" sərəncam imzalayıb.

Reyting.az
 xəbər verir ki, sərəncama əsasən, əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə aşağıdakı qərar verilib:

1. “Sağlam məhəllə” layihəsi çərçivəsində cari ildə 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon (bir milyon doqquz yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.




Bölməyə aid digər xəbərlər