İlham Əliyev Maldiv prezidentinə məktub göndərib
Tarix: 26-07-2024 11:17 | Bölmə: Gündəm
İlham Əliyev Maldiv prezidentinə məktub göndərib

Prezident İlham Əliyev Maldiv Prezidenti Məhəmməd Muizzuyanı Maldivin Müstəqillik Günü münasibətilə təbrik edib.

Reyting.az
 xəbər verir ki, məktubda deyilir:

"Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram".




Bölməyə aid digər xəbərlər