Paris-2024: Azərbaycan heyəti açılış mərasimində paraddan keçib
Tarix: 26-07-2024 23:52 | Bölmə: Gündəm
Paris-2024: Azərbaycan heyəti açılış mərasimində paraddan keçib

Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.

Reyting.az
xəbər verir ki, milli komanda paraddan 16-cı keçib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər