Azərbaycanın COP-a sədrliyi yaxşı nəticələr vəd edir - Markos Neto
Tarix: 29-07-2024 17:52 | Bölmə: Gündəm
Azərbaycanın COP-a sədrliyi yaxşı nəticələr vəd edir

“Azərbaycanın COP-da sədrliyi bizim üçün yaxşı nəticələr vəd edir”.

Reyting.az
-ın xəbərinə görə, bunu BMT Baş katibinin köməkçisi, təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto deyib.

Qurumun İnkişaf Proqramının (UNDP) “X” hesabındakı paylaşımında bildirilir ki, M. Neto BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni hədəflərin müəyyənləşdirilməli olduğunu açıqlayıb.

Onun sözlərinə görə, bu məqsədlə yaşıl enerjiyə keçid üçün trilyonlarla dollar vəsait lazımdır:

“Bununla bağlı hədəflərimizə nail olmaq üçün noyabrda Bakıda keçiriləcək COP29 sammitində əsaslı maliyyələşmə sistemi razılaşdırılmalıdır. BMT-nin İnkişaf Proqramı bu yolda Azərbaycan hökumətini dəstəkləmək niyyətindədir. Bütövlükdə beynəlxalq ictimaiyyət nəzərdə tutulan hədəflərə çatmaq üçün bizə yardım etməlidir. Bu, son dərəcə vacib məqamdır. Hesab edirəm ki, Azərbaycanın COP-a sədrliyi bizim üçün yaxşı nəticələr vəd edir”.(APA)




Bölməyə aid digər xəbərlər
18-12-2024, 23:39 Əli Əsədov Misirə gedib

bütün xəbərlər