20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Zelenski: "Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır"
Tarix: 13-08-2024 21:56 | Bölmə: Gündəm
Zelenski: "Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır"

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu açıqlayıb.

Bu barədə dövlət başçısı teleqramda bildirib.

“Mürəkkəb intensiv döyüşlərə baxmayaraq, qüvvələrimiz Kursk vilayətində irəliləməyə davam edir, eyni zamanda “mübadilə fondumuz” (əsir mübadiləsi – red.) da genişlənir”, – Ukrayna lideri qeyd edib.

Zelenski Ukrayna ordusunun nəzarət etdiyi yaşayış məntəqələrinin sayını da açıqlayıb: “74 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır”.

Ölkə başçısı ələ keçirilmiş ərazilərdə “humanitar həllərin hazırlanması üzrə işlərin davam etdiyini” vurğulayıb. O, bu yaşayış məntəqələrində neçə mülki şəxsin qaldığına aydınlıq gətirməyib.

“Əsgərlərimizə göstərdikləri qəhrəmanlıqlara görə minnətdaram. Növbəti addımlarımıza hazırlıq davam edir!”, – Zelenski əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər