13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib - Video
Tarix: 26-08-2024 14:00 | Bölmə: Gündəm
Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib

2024-cü ilin hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, artilleriya qurğularının döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.

Təlimin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.





Bölməyə aid digər xəbərlər