Qarabağın üç yaşayış məntəqəsində növbəti köç karvanları gedib - (Yenilənib)
Tarix: 16-02-2026 12:42 | Bölmə: Gündəm

Qarabağın üç yaşayış məntəqəsində növbəti köç karvanları gedib - (Yenilənib)

Xocalı şəhəri, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

Reyting.az xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.

***

Xocalı şəhərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə gedən növbəti köç karvanları ünvanlarına çatıb.





Bölməyə aid digər xəbərlər