Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 13-02-2026 12:04 | Bölmə: Slayd

Nikol Paşinyan
“Nikol Paşinyan hökumətinin Azərbaycanla sülh sazişini Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl imzalamaq niyyəti başadüşüləndir. Baş nazir Paşinyan seçkilərdə xalqın dəstəyini almaq, apardığı siyasətin yanlış olmadığını nümayiş etdirmək istəyir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, ABŞ-nın vitse-prezidenti Vensin bölgəyə səfəri zamanı bu məqamın gündəmə gətirilməsi təsadüfi deyil.
Ermənistanın Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına da diqqət çəkən Q. Hüseynli bildirib ki, Azərbaycan və Ermənistan arasındakı müharibədən sonra iki ölkə mövqe yaxınlaşması var, ticarət əlaqələri tədricən başlayıb və davam edir: “Bütün müsbət hallarla yanaşı Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından imtina etməli və bunu Konstitusiya referendumu ilə sübuta yetirməlidir”.
Müsahibimizin müşahidəsinə görə, Paşinyan hakimiyyəti parlament seçkilərindən əvvəl Konstitusiya dəyişikliyinə getmək istəmir, bunu daha çox parlament seçkilərində qalib gəldikdən sonrakı mərhələyə saxlamaq niyyətindədir: “Azərbaycan isə bu şərtin sülh sazişinin əldə edilməsi üçün əsas olduğunu bildirir. Mümkündür ki, Paşinyan bu məsələni amerikalı rəsmilərlə də müzakirə edib. Amerika siyasəti də bölgədə sülh sazişinin tezliklə əldə edilməsini istəyir. Ancaq bütün bunların baş tutması məsələsində Azərbaycanın mövqeyi həlledicidir”.
Q. Hüseynlinin qənaətincə, Azərbaycan buna razılıq verə də, verməyə də bilər:
“Bütün hallarda Ermənistan Konstitusiyanı dəyişdirərək Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını geri götürəcəyinə təminat verməli və bunu həyata keçirməlidir”.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək