Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
Tarix: 10-02-2026 11:13 | Bölmə: Gündəm

Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi, səfir Mehmet Samsar və Türkiyənin səfiri Birol Akgün ilə görüşüb.

Reyting.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin sosial media hesablarında paylaşım edilib.

Görüşdə ikitərəfli münasibətlər və regional proseslərin müzakirə edildiyi bildirilir.





Bölməyə aid digər xəbərlər