Polşa Türkiyənin qlobal sistemdəki rolunu dəstəkləyir
Tarix: 17-02-2026 12:57 | Bölmə: Siyasət

Polşa Türkiyənin qlobal sistemdəki rolunu dəstəkləyir

“Türkiyənin etdiklərini çox yüksək qiymətləndiririk. Biz Türkiyəni dramatik şəkildə dəyişən dünyada, xüsusən də bölgəmizdə sabitliyi və proqnozlaşdırıla bilənliyi təmin edən bir aktor olaraq görürük”.

Reyting.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin birinci müavini Marcin Boşaki deyib.

“Polşa və Türkiyə 2009-cu ildən strateji tərəfdaşdır və əlaqələrimiz həqiqətən əladır”,- deyən Boşaki əlavə edib ki, Polşa Türkiyənin Ukraynaya yardımını və NATO-nun şərq cinahını gücləndirmək səylərini yüksək qiymətləndirir.

Polşa rəsmisi Rusiyanın təxribatları, pilotsuz uçuş aparatlarının (PUA) hücumları və bəzi təxribat hərəkətləri səbəbindən ciddi təhlükə yarandığını qeyd edib.

“Digər tərəfdən, Türkiyənin Avropa Birliyinə üzvlüyünün yəqin ki, ən güclü tərəfdarı kimi Türkiyəni də dəstəkləyirik”,- deyən Polşa rəsmisi eyni zamanda iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa diqqət çəkib.

Türkiyə ilə Polşa arasında daha çox ticarət və investisiya üçün vaxtın olduğunu vurğulayan Boşaki, ölkəsinin baş naziri Donald Tuskun 2025-ci ilin martında Türkiyəyə səfəri zamanı ortaya çıxan iki ölkə arasındakı ticarət həcminin 15 milyard dollara çatmasının hədəfləndiyini xatırladıb.

Polşa xarici işlər nazirinin müavini 2027 və ya 2028-ci illərdə Türkiyə və Polşa sahibkarlarının və sənaye adamlarının töhfəsi ilə bu hədəfə çatacaqlarına ümid edir.

“Biz Türkiyənin də Rusiyanın Ukraynaya qarşı apardığı bu təcavüzkar müharibənin həlli üçün daha geniş planda rol oynayacağına ümid edirik. Hamımız sülhə ümid edirik, lakin biz hesab edirik ki, sülh Rusiyaya qarşı daha güclü və daha qətiyyətli təzyiq əsasında əldə edilə bilər. Putin başa düşməlidir ki, sülh Rusiyaya müharibədən daha çox töhfə verəcək”,- Boşaki vurğulayıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər