Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 06-02-2026 14:30 | Bölmə: Gündəm

Kanada baş naziri Mark Karni qlobal güc balanslarının yenidən formalaşdığı bir dövrdə Türkiyənin beynəlxalq sistemdəki rolu ilə bağlı qiymətləndirmələr aparıb.
Reyting.az xəbər verir ki, baş nazir Türkiyəni NATO üçün həyati əhəmiyyətli, region üçün əsas tərəfdaş adlandırıb.
Karni həmçinin Türkiyəni NATO üçün “həyati əhəmiyyətli” müttəfiq adlandırıb.
Baş nazir iki ölkə arasındakı münasibətlərin, xüsusən də ticarət və sənaye sahələrində əhəmiyyətli dərəcədə genişləndirilə biləcəyini vurğulayıb.
“Bir neçə məqamı vurğulamaq istərdim. Bunlardan biri də Türkiyənin NATO-da həyati əhəmiyyətli tərəfdaş olmasıdır. O, həmçinin dünyanın çox vacib və bəzən çətin bir bölgəsində əsas tərəfdaşdır. Bundan əlavə, çox böyük imkanlar var. Türkiyə ilə ticarət əlaqələrimizi dərinləşdirə biləcəyimiz bir çox sahələr mövcuddur”, - Kanada lideri qeyd edib.
Karni bildirib ki, o, ötən ilin sentyabr ayında Nyu-Yorkda Türkiyə prezidenti Ərdoğanla bu məsələlərlə bağlı müzakirələrə başlayıb və əlaqələrin davam edəcəyini bildirib.
Karni əməkdaşlığın müdafiə və nüvə sahələrini də əhatə edə biləcəyini deyib ki, bu da münasibətlərin əhatə dairəsinin olduqca geniş olduğunu göstərir.
“Türkiyə qabaqcıl istehsal da daxil olmaqla, qlobal istehsalda aparıcı ölkələrdən biridir. Şübhəsiz ki, birlikdə işləyə biləcəyimiz sahələr var”,- deyə Karni əlavə edib.
E. KAMAL
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək