Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
Tarix: 10-02-2026 17:43 | Bölmə: Gündəm

Vens Azərbaycana səfərə gəlib - (Yenilənib)

ABŞ-nın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərə gəlib.

Reyting.az xəbər verir ki, C. D. Vensin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Qeyd edək ki, C. D. Vens ötən gün Ermənistana səfər edib, baş nazir Nikol Paşinyanla görüşüb.

***

Vitse-prezidentin şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü və hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda C. D. Vensi Azərbaycan baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.





Bölməyə aid digər xəbərlər