İtaliyada tarixi teatr binası yanır - Foto
Tarix: 17-02-2026 13:14 | Bölmə: Dünya

İtaliyada tarixi teatr binası yanır

İtaliyanın Neapol şəhərində güclü yanğın başlayıb. 180 illik tarixi olan Sannazaro Teatrının binası yanır.

Reyting.az xəbər verir ki, İtaliya mətbuatı yanğının səhər saatlarında başladığını bildirib.

Yanğın nəticəsində alovlar içində qalan 180 illik tarixi Sannazaro Teatrının damı uçub, tikiliyə ziyan dəyib.

Yanğına yanğınsöndürmə briqadaları müdaxilə edib və ərazidə yaşayan sakinlər təxliyə edilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər