Ən böyük kosmik rabitə antenası işə salınıb
Tarix: 17-02-2026 10:29 | Bölmə: Xəbərlər

Ən böyük kosmik rabitə antenası işə salınıb

ABŞ-nın "AST SpaceMobile" şirkəti aşağı Yer orbitində indiyədək ən böyük kommersiya rabitə antenasının açılışını edib.

Reyting.az xəbər verir ki, yeni "BlueBird 6" peykinin antena matrisi təxminən 223 m² sahəyə malikdir.

Peyk 120 Mbit/s gücədək yüksək əhatədə məlumat ötürmə sürətini təmin edir, üstəlik, əvvəlki "BlueBird 1" və 5 modellərindən 10 dəfə güclü olmaqla, yüksək ötürücülük qabiliyyətinə malikdir.

Yeni kosmik texnologiya dar istiqamətli şüaların formalaşdırılmasına əsaslanır və 4G/5G, o cümlədən videozəngləri tam dəstəkləyir.

Şirkət fevral ayının sonunda "Blue Origin"ın "New Glenn" kosmik raketi ilə "BlueBird 7" peykini buraxmağı planlaşdırır. Bu ilin sonunadək orbitə təxminən 45–60 peykin çıxarılması nəzərdə tutulur.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər