Taksi sürücülərinin tətili başlayıb
Tarix: 17-02-2026 12:46 | Bölmə: Xəbərlər

Taksi sürücülərinin tətili başlayıb

Yunanıstanda taksi sürücüləri Attiki Taksi Sürücüləri Birliyinin (SATA) çağırdığı tətil çərçivəsində bu gün yerli vaxtla saat 06:00-da tətilə başlayıblar.

Reyting.az xəbər verir ki, taksi sürücüləri fevralın 20-si cümə günü saat 06:00-a qədər xidmət göstərməyəcəklər.

Taksi sürücüləri tətil boyu öz maşınları ilə Afina küçələrində etiraz aksiyası keçirəcəklər.

SATA-nın açıqlamasında bildirilir ki, taksi sürücülərinin elektriklə işləyən avtomobillərdən istifadəyə keçiddə mərhələli planın həyata keçirilməsi, sürücü ilə nəqliyyat vasitələrinin icarəyə götürülməsi çərçivəsinin dəqiqləşdirilməsi, taksilərin avtobuslar üçün ayrılmış zolaqlardan istifadəsinə icazə verilməsi, vergi yükünün azaldılması kimi tələbləri nəzərə alınmalıdır.

Bəyanatda xəbərdarlıq edilib ki, əks halda taksi sürücüləri “müddətsiz tətil edə bilərlər”.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər