Nyu-Yorkdan Bakıya çarter reysi ilə 217 Azərbaycan vətəndaşı gətirilib - Fotolar
Tarix: 11-06-2020 10:35 | Bölmə: Gündəm
Nyu-Yorkdan Bakıya çarter reysi ilə 217 Azərbaycan vətəndaşı gətirilib

AZAL aviaşirkəti tərəfindən iyunun 11-də Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdiriliblər.

Bildirilib ki, milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.

Nyu-Yorkdan Bakıya çarter reysi ilə 217 Azərbaycan vətəndaşı gətirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}