Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər - Fotolar (Yenilənib)
Tarix: 12-12-2021 14:19 | Bölmə: Gündəm
Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

Reyting.az
xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.














Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}