21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Daha iki Ermənistan vətəndaşının məhkəməsi Bakıda keçiriləcək
Tarix: 14-12-2021 11:08 | Bölmə: Gündəm
Daha iki Ermənistan vətəndaşının məhkəməsi Bakıda keçiriləcək

Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə bu günə təyin edilən  cinayət işi üzrə hazırlıq iclası təxirə salınıb. 

Məlumata görə, terrorçuların hazırlıq iclası dekabrın 17-də, saat 14:30-da Sabunçu Rayon Məhkəməsində keçiriləcək/Report. 

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər