İlham Əliyevlə Nikol Paşinyanın təkbətək görüşü keçirilib
Tarix: 15-12-2021 09:02 | Bölmə: Gündəm
İlham Əliyevlə Nikol Paşinyanın təkbətək görüşü keçirilib

Brüsseldə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib.

Reyting.az
xəbər verir ki, görüş Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı nahar əsnasında baş tutmuş üçtərəfli görüşdən sonra olub.

İkitərəfli görüşün sonunda Şarl Mişel yenidən müzakirələrə qoşulub.

Qeyd edək ki, bu, İkinci Qarabağ müharibəsindən sonra iki ölkə rəhbəri arasında ilk təkbətək görüşdür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}