Makrondan Azərbaycan dilində mesaj: “Əliyevlə, sonra da Paşinyanla birgə irəlilədik” - Foto
Tarix: 16-12-2021 16:54 | Bölmə: Gündəm
Makrondan Azərbaycan dilində mesaj: “Əliyevlə, sonra da Paşinyanla birgə irəlilədik”

Fransa prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

Reyting.az
xəbər verir ki, o, Azərbaycan dilində status yazıb:

“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib.(Report)

Qeyd edək ki, dekabrın 15-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}