21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Prezidentin köməkçisi: "Tədqiqatlardan görünür ki, ikinci dozadan 4 ay sonra..."
Tarix: 28-12-2021 17:32 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: "Tədqiqatlardan görünür ki, ikinci dozadan 4 ay sonra..."

“Mövcud vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır. Emi tədqiqatlar da göstərir ki, vaksinasiya iki dozadan sonra kifayət qədər yüksək qoruyucu qüvvəyəı malikdir”.

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.

“Ancaq həmin tədqiqatlardan da görünür ki, ikinci dozadan 4 ay sonra həmin immunitet azalmağa başlayır. Yəni qoruyucu immunitetin tədricən azalması müşahidə edilir. Bunun üçün isə buster dozanın vurulması tövsiyə olunur. Azərbaycanda da bu prosesə başlanılıb. Artıq 1 milyon 200 mindən çox vətəndaş buster dozanı alıb. Hazırda da bu proses davam edir”, - o bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər